Məktəb avtobusu gülləbaran edildi

Məktəb avtobusu gülləbaran edildi

Amerikanın Florida ştatının Ceksonvil şəhərində naməlum şəxslər uşaqlarla dolu məktəb avtobusu gülləbaran edilib. Bu barədə "The Florida Times-Union" qəzeti yazır. Hadisə zamanı yaralanan uşaqlar da olub. Belə ki, 14 və 15 yaşlı qızlar yüngül xəsarət alıblar. Onların həyati təhlükəsi olmadığı bildirilir.

Xəbər verilir ki, hücum baş verən zaman avtobus uşaqları evlərinə aparırmış və burda müxtəlif təhsil ocaqlarından 30 şagird olub. Polis iki nəfər şübhəlini axtarır.

Dostlarınla paylaş


Şərhlər


Top