Bakıda sabahdan bu yollar bağlanır , XƏRİTƏ

Bakıda sabahdan bu yollar bağlanır , XƏRİTƏ

Bakıda sabahdan bu yollar bağlanır , XƏRİTƏ

Bakı 2015 Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, paytaxtdakı bəzi yollar bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, Bakı 2-ci dairəvi yolunda Jumeirah Beach otelinin yaxınlığındakı dairədən Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

17 iyun:

11:30 – 15:30: «Jumeirah Beach» otelinin yaxınlığındakı dairədən - "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-dək.

18 iyun:

05:30 – 20:40: «Jumeirah Beach» otelinin yaxınlığındakı dairədən Bilgəh Estates-in qərb hissəsində 1-ci geri döngəyədək.

06:30 – 18:40: Bilgəh Estates – in qərb hissəsində 1-ci geri döngədən - Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək

Sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:

- Bilgəh istiqamətində hərəkət edən sürücülər «Jumeirah Beach» otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər

- «Bilgəh Estates»-dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər

- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top