Naxçıvan təyyarəsi nasazlıq səbəbindən Bakıya qayıdıb

Naxçıvan təyyarəsi nasazlıq səbəbindən Bakıya qayıdıb

Naxçıvan təyyarəsi nasazlıq səbəbindən Bakıya qayıdıb

Bu gün Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Cars-az-a verilən xəbərə görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində uğurla başa çatıb. Qayıdan təyyarənin sərnişinləri yaxın vaxtlarda ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.

Dostlarınla paylaş


Şərhlər


Top