Bakıda nəqliyyatın hərəkətinin ən sıx olduğu küçələr – SİYAHI

Bakıda nəqliyyatın hərəkətinin ən sıx olduğu küçələr – SİYAHI

Bakıda nəqliyyatın hərəkətinin ən sıx olduğu küçələr – SİYAHI

2015-ci il üzrə Bakı şəhərində nəqliyyat vasitələrinin ən yüksək gündəlik orta say göstəricisi açıqlanıb.

Сars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, ötən il paytaxtda ən çox avtomobil Bakı-Sumqayıt şosesi üzrə hərəkət edib. Belə ki, göstərilən dövr ərzində bu şose ilə Bakı istiqamətində 91 min 907, əksinə isə 83 min 945 avtomobil hərəkət edib.

Paytaxt ərazisində ən çox avtomobil Heydər Əliyev prospektində qeydə alınıb – 153 min 309.

Növbəti yerlərdə Ziya Bünyadov və Neftçilər prospektləri dayanır – müvafiq olaraq, 132 min 69 və 115 min 912 avtomobil.

http://img.milli.az/2016/03/02/niim_yollar-cedvel.png

Dostlarınla paylaş


Şərhlər


Top