Təyyarə yanacağının tonu 314,88 dollar olub
Bu ilin fevral ayında 52 min 99 ton dizel yanacağı, 24 min 19 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 8 min 325 ton yüksək təzyiqli polietilen, 1 min 537 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 575 ton maye piroliz qətranı, 2 min 926 ton propilen və 677 ton butilen butadien fraksiyası ixrac edilib. Сars-az SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən xəbər verir ki, ümumilikdə, 2016-cı ilin yanvar-fevral ayları ərzində 125 min 923 ton dizel yanacağı, 65 min 753 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 15 min 403 yüksək təzyiqli polietilen, 2 min 346 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 102 ton maye piroliz qətranı, 6 min 23 ton propilen və 677 ton butilen butaduien fraksiyası ixrac edilib. 2016-cı ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 358,67 dollar, təyyarə yanacağının - 314,88 dollar, dizel yanacağının - 292,81 dollar, 1% kükürdlü mazutun qiyməti 141,88 dollar olub.