29.11.2015
Gündəm
Bakıda külək ağacı avtomobilin üstünə aşırdı
Bakıda güclü külək ağacı aşırıb. Lent.az-ın məlumatına görə, hadisə Tərlan Əliyarbəyov küçəsində baş verib. Həmin küçədəki 3 saylı binanın qarşısında irigövdəli ağac vətəndaşa məxsus "VAZ 2172" markalı 90 EE 204 dövlət nömrə nişanlı avtomobilin banına düşüb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.