Rusiyada vertolyot qəzası: ölənlər var

Rusiyada vertolyot qəzası: ölənlər var

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “AS-350” vertolyotu qəzaya uğrayıb. APA-nın xəbərinə görə, RusiyaDaxili İşlər Nazirliyi Regional İdarəsinin saytında yerləşdirilən məlumatda bildirilir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil. Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.

İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.

Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.

Dostlarınla paylaş


Şərhlər


Top