Bakıda hansı yollar yenilənib?

Bakıda hansı yollar yenilənib?

“I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsi ən yüksək səviyyədə həyata keçiriləcək”. Cars-az anspress-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisində iştirka edən nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

O bildirib ki, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün Bakı şəhərində yol infrastrukturu yenidən qurulub və idman obyektlərinə gedən yollar, dayanacaqlar yenilənib.

“Oyunlar zamanı insanlara keyfiyyətli xidmət verilməsi üçün paytaxta yeni avtobuslar gətirilib. Bu avtobuslar idmançılara, qonaqlara və vətəndaşlara xidmət göstərəcək. Bundan sonra da ictimai nəqliyyatın, yol infrastrukturunun yenidən qurulması prosesi davam etdiriləcək”.

Dostlarınla paylaş


Şərhlər


Top