Yeni qatarlar alınacaq

Yeni qatarlar alınacaq

“Xəzər dənizinin sahilində yeni Beynəlxalq Dəniz Limanı tikintisi davam etdirilir. Ötən ilin sonunda limanın bərə tikintisi istifadəyə verilib". Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, bu liman logistik mərkəzə çevriləcək və yüklərin axını üçün münbit şərait yaradılması üçün bütün tədbirlər həyata keçiriləcək. Bununla yanaşı, nazir müavini əlavə edib ki, Azərbaycan Dəmir Yollarının yenidən qurulması üçün də müvafiq addımlar atılır. “Bu işdə addımlar artıq sürətlə atılır. Yol infrastrukturunun yenilənməsi və enerji təminatının təmin edilməsi, yeni yük vaqonların və qatarların alınması planlaşdırılır ki, bu da ticarət əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradacaq”.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top