Bakıda avtobusun daşa basılmasına görə cinayət işi açıldı

Bakıda avtobusun daşa basılmasına görə cinayət işi açıldı

Bakıda avtobusun daşa basılmasına görə cinayət işi açıldı

Bakıda “BakuBus”a məxsus sərnişin avtobuslarının daşa basılması faktı ilə əlaqədar cinayət işi açılıb. Bu barədə Сars-az-a "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. N.Allahyarova bildirib ki, yanvarın 23-də "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. Fakta görə Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb. Lakin hələlik saxlanılan yoxdur.

N.Allahyarova qeyd edib ki, avtobusun daşa basılması nəticəsində xəsarət alan şəxs müalicəsini ev şəraitində davam etdirir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top