27.01.2016
Gündəm
Bakı-Aktau reysi təxirə salındı
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Bakı-Aktau reysini təxirə salıb. Сars-az bildirir ki, bu barədə trend-ə Heydər Əliyev adına beynəlxalq hava limanından bildiriblər. Bakıdan uçuş yerli vaxtla 27 yanvar saat 21:00-da olmalı idi. Aeroportdan o da bildirib ki, uçuş təyyarənin sərnişinlə dolmaması səbəbindən təxirə salınıb. Qeyd edək ki, şaxtalı və qarlı hava şəraitinə baxmayaraq hava limanı normal rejimdə işini davam etdirir.