04.11.2015
Gündəm
Bakı yaxınlığında ağır qəza: sürücünün ayaqları sındı
Dünən Abşeron rayonu Masazır qəsəbəsində ağır qəza olub. Milli.az-ın verdiyi məlumata görə, "Mercedes" markalı maşın əvvəl "Renault" markalı taksiyə dəyib, sonra isə idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Taksi sürücüsünün ayaqları sınıb. Hadisə şahidləri bildiriblər ki, taksi yolun ortasında dönürmüş, bu zaman arxadan gələn "Mercedes" onu vurub. Elektrik dirəyindəki naqillər qırılaraq ətrafdakılar üçün təhlükə yaradıb.