04.11.2015
Gündəm
Bakı-Sumqayıt yolunda güclü tıxac var
Bakının bəzi küçələrində yenə də güclü tıxac müşahidə olunur. Cars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Sakit Qocayev, Nəsibbəy Yusifbəyli, Xudu Məmmədov küçələrində, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif küçəsi - Fətəli Xan Xoyski və Ziya Bunyadov prospektlərində, Bakı-Sumqayıt şosesində avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı və Xudu Məmmədov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.