04.11.2015
Gündəm
Bakı metrosunda sərnişinin vəziyyəti pisləşdi
Bu gün saat 08:10 radələrində Bakı Metropoliteninin "Gənclik" metro stansiyasında 40 yaşlı qadının vəziyyəti pisləşib. Cars-az xəbər verir ki, bu barədə "report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev təsdiq edib. Onun sözlərinə görə, qadının halı qəfil pisləşib və Metropolitenin növbətçi əməkdaşı təcili-tibbi yardım çağırıb: "Həkimlərin müdaxiləsindən sonra qadının vəziyyəti sabitləşib".