04.11.2015
Gündəm
Bakı metrosunda daha bir ölüm
Cars-az xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, metronun "Elmlər Akademiyası" stansiyasının çıxışında siqaret satan kişi ölüb. Təxminən 40-45 yaşlarında kişi qəfildən yıxılaraq dünyasını dəyişib. Əraziyə polis və tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar. Xatırladaq ki, dünən metronun "Gənclik" stansiyasında 61 yaşlı kişi ürəktutmasından keçinmişdi. Son məlumatına görə, dünyasını dəyişən Ağdam rayonundan olan 1948-ci il təvəllüdlü Vidadi adlı şəxsdir. O ürək tutmasından dünyasını dəyişib. Hazırda hadisə yerinə polis əməkdaşları nəzarət edir.