04.11.2015
Gündəm
Azğın kütlə polis maşınlarına od vurdu – FOTO
Almaniya, Frankfurtda baş verən etirazlar polislərlə qarşıdurmaya səbəb olub. Cars-az gazeta.ru-ya istinadən məlumata görə, Almaniyanın Frankfurt şəhərində dünən səhər saatlarında icazəsiz mitinq baş verib. Mitinq Avropa Mərkəzi Bankının frankfurtdakı filialının açılışı ilə eyni günə təsadüf edib. Ərazidəki polis maşınlarına od vuran iğtişaşçıları zərərsizləşdirmək üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
İğtişaş zamanı 88 polis yaralanıb, 350 nümayişçi həbs olunub. Şəhərdə tıxaclar, metro və qataroarın hərəkətində gecikmələr yaşanıb. Həmin ərazidə yerləşən mağaza, bank və kafelər erkən bağlanıb.
Hadisə yerindən fotoları təqdim edirik.
Fidan