Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

Avqustun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cars-az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Temperatur gecə 19-24, gündüz 26-34, dağlarda 12-17, gündüz 19-24 dərəcə olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top