04.11.2015
Gündəm
«BMW» ilə toqquşan «Mercedes» yandı
Axşam saatlarında Xaçmaz-Quba yolunun 7-ci km-də yol-nəqliyyat hadisəsi baş verib. Cars-az "report"a istinadən xəbər verir ki, hadisə zamanı 10 XR 161 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə 40 PL 662 dövlət qeydiyyat nişanlı "Mercedes" toqquşub. Qəzadan dərhal sonra "Mercedes" yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunsa da, avtomobil tam olaraq yanıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar olub və onlar xəstəxanaya aparılıb.