04.11.2015
Gündəm
AZAL Naxçıvana uçuşları bərpa etdi
AZAL-ın avqustun 19-dan Naxçıvana təxirə saldığı reyslər bərpa olunub. Cars-az bu barədə fins-ə AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Xatırladaq ki, avqustun 20-də Naxçıvana uçan təyyarədə texniki nasazlıq aşkar edildiyinə görə, reysdə gecikmə yaranmışdı. Reyslərin dayandırılması nəticəsində Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında sərnişin sıxlığı yaranmışdı. Paşa Kəsəmənskinin sözlərinə görə, Naxçıvana uçuşlar dünəndən etibarən bərpa olunub. Əvvəlcə “Airbus A340” markalı 239 yerlik təyyarə Naxçıvana uçub. Daha sonra gecikməyə səbəb olan təyyarə dünən günorta saatlarında təmir olunub və uçuşları davam etdirir.