04.11.2015
Gündəm
Avtovağzalın qarşısında yenidən sürüşmə baş verib
Bakının şimal girişində Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə baş verib. Cars-az "report"a istinadən xəbər verir ki, sürüşmə nəticəsində Bakı-Sumqayıt magistral yolunun Bakıya giriş hissəsində, asfalt örtüyündə çatlar əmələ gəlib. Baş verən sürüşmənin qarşısını almaq üçün ərazidə ağır texnika ilə bərkitmə işləri aparılır. Magistral yola bitişik yol 1 metrə qədər çöküb. Hazırda sürüşmənin Avtoğazal komleksinə ziyan vurmaması üçün kompleksin divarları dəmir konstruksiyalarla bərkidilir.