04.11.2015
Gündəm
Avtovağzalda Novruz "şıltaqlığı" - CƏDVƏL
İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün işlər görür. Buna baxmayaraq, hələ də belə faktlarla qarşılaşırıq. Bakı Beynəlxalq Avtovağzalında belə hallarla rast gəlmək mümkündür. Cars-az xəbər verir ki, day.az-a məktub yazan oxucular bildirirlər ki, Gəncə və digər regionlara biletlər bahalaşıb. Avtovağzalda deyirlər ki, Novruzda qiymətlər daha da qalxacaq.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Beynəlxalq Avtovağzalı ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, belə bir faktla qarşılaşan vətəndaşlar avtovağzal rəhbərliyinə müraciət etsinlər. Bahalaşma gözlənilmədiyini də bildiriblər.
Hazırkı qiymət cədvəli isə aşağıdakı kimidir.