04.11.2015
Gündəm
Quşlar onlarla adamı öldürəcəkdi
Ötən gün Beyrut hava limanından səmaya qalxan Lufthansa aviaşirkətinə məxsus təyyarə tez bir zamanda geri dönmək məcburiyyətində qalıb. Cars-az Rusiya mətbuatına istinadən bildirir ki, havaya qalxan zaman təyyarənin mühərrik hissəsinə quşlar girib. Bu səbəbdən də təyyarəni yerə endirmək məcburiyyətində qalıblar. Xatırladaq ki, quşların köç etdiyi yaz və yay aylarında belə hadisələr tez-tez baş verir.