04.11.2015
Gündəm
Avtomobilin qabaq şüşəsini sındırdılar
Bakı şəhərinin Səbail rayonu ərazisində oğurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yüzbəy Mürsəlov küçəsi, 112 ünvanının qarşısında həmin ünvanda yaşayan 1990-cı il təvəllüdlü Məhərrəmov Kamran İmran oğlunun avtomobilindən maqintafon oğurlanıb. Naməlum şəxs və ya şəxslər avtomobilin qabaq şüşəsini sındıraraq oradan “Panasonic” markalı cihazı götürüblər. Faktla bağlı araşdırmalar aparılır.