Avtomobildə saxta pul aşkarlandı

Avtomobildə saxta pul aşkarlandı

Bakıda avtomobildə xeyli sayda saxta pul aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 26-da Qaraçuxur qəsəbəsi ərazisində 29 yaşlı Əmiraslan Əmiraslanova məxsus «Saipa» markalı avtomobildən 27 ədəd saxta 100 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top