04.11.2015
Gündəm
Avtomobil oğurusu tutuldu
Ağdamda avtomobil oğrusu tutulub. Cars-az xəbər verir ki, bu barədə DİN-dən bildiriblər.
Məlumata görə, Ağdam rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Vaqif Qəribova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Şuşa rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Quliyev tutulub.
Məlumata görə, onun avtomobildən 33 manat, maqnitofon, akkumulyator, 1 ədəd təkər, fotoaparat və sənədlər oğurlaması da müəyyən edilib.