Avtomobil oğrusu tutuldu - Bakıda

Avtomobil oğrusu tutuldu - Bakıda

Bakıda avtomobil qaçıran şəxs tutulub.

Сars-az DİN-ə istinadən bildirir ki, fevralın 27-də saat 15 radələrində paytaxtın Nizami rayonunun Ə.Kürçaylı küçəsindən Bakı şəhər sakini Rasim Babayevin idarə etdiyi "Hyundai" markalı avtomobil qaçırılıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmmədbağır Bağırov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top