29.02.2016
Gündəm
Kiprə oxumağa getdilər, Azərbaycana meyitləri qayıdır
Şimali Kipr Türk respublikasında dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib. Сars-az bildirir ki, bu barədə Trend Kibrispostasi qəzetinə istinadən məlumat verir. Məlumata əsasən, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər. Qəza nəticəsində digər azərbaycanlı tələbə - Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilib.