Avtomobil nəqliyyatı ilə bağlı qaydalar dəyişdi
Baş nazir Artur Rasizadə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.
Сars-az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən oxu.az-a bildirilib.
Belə ki, yeni qaydalara əsasən, artıq uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə icazə veriləcək.
Uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməməsi barədə qadağa isə yenə də qüvvədədir.
Qeyd edək ki, indiyə qədər uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməyib.