Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Avtomobil benzini istehsalı artıb
Avtomobil benzini istehsalı artıb

Avtomobil benzini istehsalı artıb

Azərbaycanda bu ilin yanvar-may aylarında 525,6 min ton avtomobil benzini, 1347 min ton dizel yanacağı, 93,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 291,1 min ton ağ neft, 415,6 min ton yanacaq qazoylu, 2 min ton yanacaq mazutu, 7,1 min ton sürtgü yağları və 55,7 min ton neft bitumu istehsal edilib.

Cars-az anspress-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, bu ilin ilk beş ayında neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artaraq 1062,4 milyon manat olub.

Bundan əlavə, bu ilin yanvar-may aylarında Azərbaycanda sənaye məhsulunun 63,5 faizi istehsal olunan mədənçıxarma bölməsində 17,6 milyon ton xam neft, 12,1 milyard kubmetr təbii qaz hasil edilib. Beş ayda mədənçıxarma bölməsində neft hasilatı 0,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 11,5 faiz artıb.

Dostlarınla paylaş


Şərhlər


Top