04.11.2015
Gündəm
Avtobuslarda cibgirlik edən şəxs yaxalanıb
Bakıda avtobuslarda cibgirlik edən şəxs yaxalanıb. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 66 saylı xətt avtobusunda Bakı şəhər sakini Daxıl Nəzərovun cibindən 40 manat oğurlayan paytaxt sakini Xaliq Səmədov tutulub.
Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.