Sinoptiklərdən xəbərdarlıq!

Sinoptiklərdən xəbərdarlıq!

Aprelin 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cars-az-a bildiriblər ki, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.

ETSN həmçinin Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da edib. Məlumata görə, aprelin 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Arabir yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Şimal qərb küləyinin güclənəcəyi gözlənilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top