Avtobuslar dəhşətli qəza törətdi: ölən və yaralananlar var

Avtobuslar dəhşətli qəza törətdi: ölən və yaralananlar var

Avtobuslar dəhşətli qəza törətdi: ölən və yaralananlar var

Bakıda sərnişin avtobuslarının iştirakı ilə dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu Nobel prospektində (Nargila kafesinin qardaşı) "Daewoo" markalı iki sərnişin avtobusu toqquşub. Nəticədə 1 nəfər aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Daha 5 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı zəruri araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.

Dostlarınla paylaş


Şərhlər


Top