04.11.2015
Gündəm
Bakıda iki sərnişin avtobusu toqquşub – FOTO
Bakıda yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, 51 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu digər avtobusla toqquşub. Hadisə nəticəsində 51 saylı avtobusda olan sərnişinlər 1962-ci il təvəllüdlü Ədalət Cahangir oğlu İsmayılov və 1967-ci il təvəllüdlü Rövşən Nizami oğlu Hüseynov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Nargilə” kafesinin qarşısında qeydə alınıb.