Avtobusda 20 qəpik davası edən polislə bağlı araşdırmalara başlanıldı

Avtobusda 20 qəpik davası edən polislə bağlı araşdırmalara başlanıldı

Avtobusda 20 qəpik davası edən polislə bağlı araşdırmalara başlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “BakuBus” şirkətinə məxsus 1 saylı marşrut avtobusuna minən, lakin polis olduğunu deyərək kartla ödəniş etməkdən imtina edən şəxslə bağlı araşdırmalara başlayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib. “Araşdırmalar başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq”, - BŞBPİ-dən bildirilib.

Qeyd edək ki, polis olduğunu deyən mülki geyimli şəxsin videosu sosial şəbəkələrdə və xəbər saytlarında müzakirələrə səbəb olub. Həmin şəxs polis olduğunu iddia edib. Adı məlum olmayan şəxs bu səbəbdən də kartla 20 qəpik ödəniş etməkdən azad olduğunu bildirib.

Dostlarınla paylaş


Şərhlər


Top