04.11.2015
Gündəm
Yanacaqdoldurma məntəqəsinə saxta 100-lük verdilər
Yevlax rayon sakinlərinin saxta 100 manatlıqla alver etməsi məlum olub. Cars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 26-da “Mercedes” markalı avtomobildə Bərdə rayonunun Mehdili qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs doldurduğu yanacağın əvəzinə 100 manatlıq saxta əskinas verib. Bərdə RPŞ əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Ramiz Əliyev və Nurlan Heydərov tutulub.
Emin