Avtobus və taksilərdən istifadə edən sərnişinlərin sayı açıqlanıb 

Avtobus və taksilərdən istifadə edən sərnişinlərin sayı açıqlanıb 

Avtobus və taksilərdən istifadə edən sərnişinlərin sayı açıqlanıb 

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yanvar-oktyabr ayları ərzində 113,1 mln. ton yük, 1 mlrd. 362,5 mln. sərnişin daşınıb. Cars-az Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7% və 3,6% artım deməkdir. Sərnişinlərin 96,1%-i və ya 1,309 mlrd. nəfəri avtobus, 3,9%-i və ya 53,1 mln. nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Dostlarınla paylaş


Şərhlər


Top