18.11.2015
Gündəm
Polis “generalı” axtarışa verdi
Bakıda “general” ləqəbli dələduz axtarışa verilib, Cars-az xəbər verir ki, bu barədə Suraxanı Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib. Polisdən həmçinin bildirilib ki, M.Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.