Avtobus sürücüləri təlimatlandırıldı

Avtobus sürücüləri təlimatlandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti mayın 26-da birinci Avropa Oyunlarının avtobus deposunun sürücüləri üçün yanğına qarşı təbliğat günü keçirib. Cars-az-ın məlumatına görə, “Nəqliyyat müəssisələrinin yanğın təhlükəsizliyi” və “Yanğın zamanı zəruri hərəkətlər” mövzusunda təlimatlandırılan sürücülərin sualları cavablandırılıb. Tədbirin sonunda ilkin odsöndürmə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilib. Həmçinin sürücülərə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri paylanıb.

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top