3-cü mikrorayon dairəsinə giriş bağlanır

3-cü mikrorayon dairəsinə giriş bağlanır

3-cü mikrorayon dairəsinə giriş bağlanır

Paytaxtda daha bir yol təmirə görə bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, Cavadxan küçəsinin Tbilisi prospektindən 3-cü mkr. dairəsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Rövşən Cəfərov küçəsindən istifadə etmələri tövsiyə olunur. Qeyd edək ki, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.



Dostlarınla paylaş


Şərhlər


Top