Avtobus gözləyən şəxs bıçaqlanıb

Avtobus gözləyən şəxs bıçaqlanıb

Bakıda dayanacaqda avtobus gözləyən şəxs bıçaqlanıb. Cars-az "report"a istinadən xəbər verir ki, Sabunçu rayonu Zabrat qəsəbəsi Axundov küçəsi ev 17-də yaşayan 1987-ci il təvəllüdlü Məmmədov İlkin Əhəd oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisə İ.Məmmədov səhər saatlarında işə gedən zaman yaşadığı evin yaxınlığındakı dayanacaqda avtobus gözləyən zaman baş verib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

Dostlarınla paylaş


Şərhlər


Top