“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər - bibioğlu kimdir?

“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər - bibioğlu kimdir?

“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər - bibioğlu kimdir?

Cars-az musavat-a istinadən xəbər verir ki, bu ilin iyununda Bakıda keçirilən Avropa Oyunları başlamamışdan öncə “Atletlər kəndi”ndə baş vermiş xoşagəlməz olayın - avtobusun 3 xarici atletin üzərindən keçməsi işi üzrə istintaq davam edir. Bu günə qədər bəlli olan “Bakubus”un sürücüsü Vəli Əhmədovun elə həmin gün həbs edilməsidir. Olayın baş verməsindən aylar ötüb, istintaq orqanı baş vermiş olayla bağlı müfəssəl rəsmi açıqlama verməyə tələsmir. Bunun səbəbinə toxunmadan qeyd edək ki, qəzadan dərhal sonra olayın sosial şəbəkələrdə yayılan videosuna baxmış hər kəs sürücünün bu hadisəni bilərəkdən törətdiyinə əmin ola bilər. Hər kəs deyirdi ki, bu, qəsddir. Çünki sürücünün düz yolda getdiyi zaman səhvə yol verib belə bir qəza törətməsi inandırıcı görünmürdü. Bu arqumentləri inandırıcı edən bəzi faktlar da vardı. Oyunlar öncəsi ölkədə xoşagəlməz olayın baş verəcəyi gözləntisi, narahatlıq ab-havası hiss edilirdi. Hüquq-mühafizə orqanlarının xüsusi rejimdə çalışması, nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər bu gözləntilərə bir qədər də güc vermiş olurdu. Belə bir vəziyyətdə, oyunlara 1 gün qalmış “Atletlər kəndi”nin nəqliyyat deposunda avtobus düz yoldan çıxaraq atletlərin üzərindən keçdi.

http://www.azxeber.com/files/41RHNNSUjZ8q.jpg

Sonradan məlumat yayıldı ki, sürücü V.Əhmədov əvvəllər qəsdən adam öldürməyə görə həbsdə olub. Barəsində məhkəmə tərəfindən 10 illik azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Bu müddətin bitməsinə 5 il qalmış V.Əhmədov məhkəmə qərarı ilə azad olunub. Həbs olunan V.Əhmədovun oğlu Orxan Əhmədov qəzadan sonra mətbuata açıqlama verərək deyib ki, atasının qəzanı qəsdən törətməsi haqda məlumatlar yalandır.

Dostlarınla paylaş


Şərhlər


Top