06.11.2015
Gündəm
Bir gecədə üç maşını qarət edən yaxalandı
Bakının Xətai rayonunda bir gecədə üç maşın qarət edilib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə noyabrın 5-nə keçən gecə Xətai rayonunun M.Hadi küçəsində qeydə alınıb.
Bakı şəhər sakinləri Rövşən İbrahimova məxsus “BMW”, Səttar Cavadova məxsus “Mitsubishi” və Zaur Ağayevə məxsus “Mercedes” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə 20 manat, geyim əşyası, açar və sənəd oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rizvan Şamilov tutulub.