04.11.2015
Gündəm
Arvadı Şumaxerin təyyarəsini satır
Yeddiqat "Formula 1" çempionu Mixael Şumaxerin təyyarəsi satılır. Avtopilotun həyat yoldaşı Korinna Şumaxer "Falcon 2000EX" markalı təyyarəni satışa çıxarıb. Yenisinin qiyməti 25 milyon avro olan bu 8 sərnişinlik təyyarəni almaq istəyən 20 milyon avrosundan keçməlidir.
Qeyd edək ki, M.Şumaxer uzun müddət komada olduqdan sonra özünə gəlib və səhhəti sabitləşib. O, müalicəsini artıq öz evində davam etdirir.