6 saylı avtobus hərəkət xəttini dəyişdirib

6 saylı avtobus hərəkət xəttini dəyişdirib

6 saylı avtobus hərəkət xəttini dəyişdirib

Bakıda şəhər daxilində işləyən 6 saylı avtobus hərəkət xəttini dəyişdirib. Сars-az xəbər verir ki, bu barədə “Baku-bus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, “Formula-1” yarışlarının keçirilməsinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar bu gündən Şeyx Şamil küçəsindən sola dönərkən - İstiqaliyyət küçəsi boyunca nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla əlaqədar, “Baku-bus”a məxsus 6 saylı avtobusun da hərəkəti məhdudlaşdırılıb və onun hərəkət xətti müvəqqəti dəyişdirilib. 6 saylı avtobus sabah səhər saat 8-dək Nəriman Nərimanovun heykəlinin önündən deyil, Şəhidlər Xiyabanı tərəfdən hərəkət edəcək.

Dostlarınla paylaş


Şərhlər


Top