Dayanacaqdakı bu yerin 500 min dollar qiyməti var

Dayanacaqdakı bu yerin 500 min dollar qiyməti var

Dayanacaqdakı bu yerin 500 min dollar qiyməti var

Paytaxtın mərkəzindəki avtoparklardan birindəki bir avtomobillik yer nə az, nə çox, düz yarım milyon dollara satışa çıxarılıb.

Сars-az ölkə.az-a istinadən bildirir ki, Britaniyanın paytaxtı Londonun mərkəzi hissəsindəki bu dayanacaqdakı yerin uzunluğu 6 metr, eni isə 2,4 metrdir.

Məlumata görə, bu yer İngiltərə və Uelsdə evlərin orta qiymətindən iki dəfə bahadır.

Xatırladırıq ki, dayanacaq Londonun biznes mərkəzinin yaxınlığında, Hayd-parkın yanındadır və Britaniya paytaxtının həm siyasi, həm də biznes elitası bu ərazidə yaşayır və işləyir.

Dostlarınla paylaş


Şərhlər


Top