04.11.2015
Gündəm
3 min manata “Toyota Corolla”
Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 27-də hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Bu barədə Cars-az-a komitədən məlumat verilib. Məlumata görə, hərraca 3306 manatla çıxarılan 2006-cı il istehsal “Toyota Corolla” elə həmin qiymətə də satılıb. Qeyd edək ki, Bakının avtomobil bazarlarında 2006-cı il istehsal “Toyota Corolla”nın qiyməti 8500-9500 manat təşkil edir. Bundan başqa, hərracda 7 ədəd “Mitsubishi L 200” avtomobili hərəsi 3209 manata satılıb (avtomobil bazarlarında satış qiyməti 9000-9500 manat civarındadır).