10.11.2015
Gündəm
21 yaşlı gənc iki polisi döydü
Bakıda 21 yaşlı gənc iki polis əməkdaşını döyüb. Cars-az milli.az-a istinadən xəbər verir ki, N.Rəfibəyli küçəsində qanunsuz reklam vərəqəsi paylayan şəxs saxlanılıb.
Bu zaman o, ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün polis serjantları - 1985-ci il təvəllüdlü Rüfət Əhədova, 1990-cı il təvəllüdlü Xəyyam Məmmədova müqavimət göstərərək onları döyüb.
Həmin şəxs onlara yumruq və təpiklə vuraraq xəsarət yetirib.
Polisləri döyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib.