10.11.2015
Gündəm
Avtomobil qaçıran şəxs tapıldı
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Cars-az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, oktyabrın 31-də Maştağa qəsəbəsində Beyləqan rayon sakini Zahir Həsənovun taksi fəaliyyət ilə məşğul olduğu "Opel-Vektra" markalı avtomobilində, naməlum sərnişin onu yumruqla üz nahiyəsindən vurub pulunu alıb, avtomobili isə qaçırıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobil noyabrın 1-də Nardaran qəsəbəsi Abşeron küçəsində saz vəziyyətdə tapılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Mütəllimzadə noyabrın 9-da tutulub.