15.01.2016
Gündəm
20 il əvvəl maşınla çayda batan qadın və kişinin meyiti tapıldı
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sualtı təlimlər zamanı Yenisey çayında içərisində kişi və qadın meyiti olan “Mitsubishi” markalı avtomobil tapıblar. APA-nın RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təlimlər Krasnoyarsk şəhərində, Abakan kanalında keçirilib. İlkin ehtimala əsasən, kişi meyiti 1957, qadın meyiti isə 1956-ci il təvəllüdlü şəxsə aiddir. Onlar 1995-ci ildə itkin düşüblər və həmin vaxt faktla bağlı cinayət işi başlanıb.