19.01.2016
Gündəm
100-dən çox aviareys təxirə salındı
Moskvada çovğuna görə 100-dən çox təyyarə reysi təxirə salınıb. Сars-az Rusiya mətbuatına istinadən xəbər verir ki, güclü qar yağışı səbəbindən təkcə Şeremetyevo hava limanında bu səhər 130 reys təxirə salınıb, 17-si isə gecikib. Analoji durum Domodedovo və Vnukovo hava limanlarında da qeydə alınıb.